Günün Yekunu - 15 fevral 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111548
Kafe və restoranların içində məsafə olduğu kimi şadlıq saraylarının ərazisi də böyükdür. Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/111549
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/111551
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/111556
Bu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/111563
Daxili İşlər Nazirliyi Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən polis əməkdaşı ilə bağlı məsələni araşdırır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/111572
Space TV-yə yeni rəhbər təyin olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/111575
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/gismeteo/111581
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111584
Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/111588
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/111592
Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil. Bu, valideynlərin özünün seçimidir. Lakin müəllimlər üçün maska taxmaq məcburidir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/111605
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən apellyasiya şikayətinə baxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/111606
Oxşar xəbərlər
Günün Yekunu - 4 fevral 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Daxili İşlər Nazirliyində daha bir kadr...