Toyların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ-da iyun ayına planlaşdırılır ki, bütün məhdudiyyətlər ortadan qaldırılsın. Çünki ölkədə vaksinasiya prosesi sürətlə gedir. Azərbaycan kimi ölkələr vaksini özləri istehsal etmədiyi üçün bunu xarici ölkələrdən alır. Ölkəmiz müəyyən miqdar vaksin alıb və bu saya uyğun əhalinin daha riskli kateqoriyasının peyvənd olunması gerçəkləşdirilir".
Bu sözləri BAKU.WS-ə millət vəkili Fazil Mustafa bildirib.
Deputat hesab edir ki, vaksinasiya prosesini bir qədər də sürətləndirmək lazımdır: "Amma imkanlar da bu məsələdə nəzərə alınmalıdır. Bu məsələdə əhalinin vaksinasiya prosesinə laqeyd yanaşmaması da əsas şərtlərdəndir. Əhali bu prosesə şübhə və tərəddüdlə yanaşmamalıdır. Vaksinasiya prosesi sürətlə gedərsə, ölkəmizdəki məhdudiyyətlərin ləğvi də reallaşacaq.
Mən özüm də vaksinasiya edilmişəm və ikinci mərhələni keçməyi düşünürəm. Amma çevrəmizdəki insanların bir qismi bunu gerçəkləşdirə bilmirlər. Aşağı yaş qrupunda olanlar da (50 yaşdan aşağı) qeydiyyatda olmadığı üçün vaksin vurdura bilmirlər.
Əgər vaksinasiya prosesində lazım olan sayı əldə edəriksə, məhdudiyyətlər azala bilər. Bunun nümunəsini əgər ABŞ göstərirsə, Avropa Birliyi də prosesi sürətləndirirsə, məsələ kifayət qədər ümidverici istiqamətə gedir.
Düşünürəm ki, əhalinin ən çox maraqla gözlədiyi toylarla bağlı qərar indi də verilə bilər. Əslində bununla bağlı qərar verilməli idi, lakin nəyəsə görə ləngidi. Bu, Azərbaycanda demoqrafik vəziyyətin müəyyən dərəcədə acınacaqlı olmasına şərait yaradır.
Say və vaxt məhdudiyyəti tətbiq edərək toyların keçirilməsinə icazə verilməsi doğru olardı. Hətta şadlıq saraylarında olmasa da, insanların öz həyətləri, bağlarında toyları təşkil etməsinə imkan tanımaq lazımdır. Bunun üçün aprel ayını gözləmək lazım deyil, indi də bu baş verə bilər".
Oxşar xəbərlər
Millət vəkilindən toylara icazə verilməsi ilə bağlı UNİKAL TƏKLİF
"Azərbaycanda artıq bir ildən çoxdur ki, toylara icazə verilmir. Lakin qonşu Rusiyada çoxdandır toyların keçirilməsinə icazə verilib. Əslində Rusiyada yoluxan v...