Gün ərzində mindən çox insan koronavirusa yoluxub

Gün ərzində mindən çox insan koronavirusa yoluxub
Siyasət 628

Son 24 saat ərzində Çindən kənarda koronavirusa mindən çox yoluxma halı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.

Bildirilir ki, Çindən başqa 51 ölkədə koronavirusa yoluxma var və virus daşıyıcılarının ümumi sayı 4 691 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni virusa yoluxanların sayı 78 961 nəfərdir. 2791 çinli epidemiyanın qurbanı olub. Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 83 652 nəfər təşkil edir.

Son xəbərlər