Güclü külək ABŞ qırıcısını dənizə saldı

Güclü külək ABŞ qırıcısını dənizə saldı
Siyasət 131

Aralıq dənizində güclü külək “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18 Super Hornet” qırıcısını dənizə salıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb”, - Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.

Oxşar xəbərlər

Son xəbərlər