Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə körpənin atası Xəyyam Eyyubov məlumat verib.
Onun sözlərinə görə, hadisə baş verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim, gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam dağıntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.
Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...