İslandiyada gecə yarısından bəri 500-dən çox zəlzələ oldu - Yollarda nəhəng çatlar yarandı - FOTO

İslandiyada gecə yarısından bəri 500-dən çox zəlzələ oldu - Yollarda nəhəng çatlar yarandı - FOTO
Foto
Siyasət 0

İslandiyanın Reykjanes yarımadasında gecə yarısından etibarən 500-dən çox zəlzələ baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə bir çox yollarda çatlar əmələ gəlib.

Məlumata görə, yüzlərkə insan ərazini tərk etmək məcburiyətində qalıb və əmələ gələn bəzi çatlardan tüstünün qalxdığı müşahidə olunub.

Mütəxəssislər seysmik aktivliyin dünənlə müqayisədə azaldığını, lakin yarımadanın altından keçən 15 kilometr uzunluğundakı maqma çayının hələ də aktiv olduğunu və hazırda boşaldılan Qrindavik şəhərini təhdid etdiyini vurğulayıblar.

Ötən şənbə günü fövqəladə vəziyyət elan edilən İslandiyada Fagradalsfjall vulkanının tezliklə püskürəcəyi gözlənilir.

Qeyd edək ki, Fagradalsfjall vulkanı 2021-ci ildə püskürməsi ilə 800 ildən sonra vulkanik fəaliyyətinə yenidən başladı.

Son xəbərlər