Bu ölkədə son 2 gündə minlərlə zəlzələ oldu, iri şəhər boşaldılır - FOTO

Bu ölkədə son 2 gündə minlərlə zəlzələ oldu, iri şəhər boşaldılır - FOTO
Foto
Siyasət 0

İslandiyanın Qrindavik şəhərində son 48 saatda baş verən 2328 zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə vulkan püskürməsi qaçılmaz görünür.

Ölkənin cənub-qərbində yerləşən Reykjanes yarımadasında güclü zəlzələlər baş verir və vulkan püskürməsi təhlükəsi Qrindavik şəhərində yaşayan minlərlə insanın həyatını təhlükə altına qoyur.

Reykjanes yarımadasında yerləşən “Faqradalsfyall” vulkanı ətrafında son həftələrdə minlərlə təkan qeydə alınıb. Buna görə də səlahiyyətlilər ehtiyat tədbiri olaraq cənub-qərbdəki Qrindavik şəhərinin minlərlə sakininin təxliyə edilməsini əmr edib.

Təxminən 4000 nəfərin yaşadığı qəsəbəyə gedən bütün yollar nəqliyyatın girib-çıxmasına imkan vermək üçün fövqəladə hallar istisna olmaqla bağlanıb

Son xəbərlər