Fransiskdən xristianlara çağırış: Əfqanıstan üçün dua edin

Fransiskdən xristianlara çağırış: Əfqanıstan üçün dua edin
Siyasət 56

Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və xristianları dua etməyə çağırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izlədiyini bildirib.

"Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.

Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.

Son xəbərlər