“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil oldular
Yeniliklərdən dərhal xəbərdar olun
“Taliban” hərəkatının xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportunun ərazisinə girib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Herat Times” nəşri bildirib.
Nəşrin məlumatına görə, Əfqanıstan paytaxtı aeroportunun çox hissəsində təhlükəsizliyin təmin olunması üzrə səlahiyyətlər “taliblər”ə verilib. Hazırda hərəkatın silahlıları hava limanında təhlükəsizlik tədbirlərini həyata keçirirlər.
Qeyd edək ki, Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. Onların arasında Əfqanıstan vətəndaşları ilə yanaşı, ABŞ-ın 13 vətəndaşı, həmçinin 2 britaniyalı da var.
Oxşar xəbərlər
Kabildə partlayışlar nəticəsində ölənlərin sayı artıb
Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artır. BAKU.WS xəbər verir ki, bu barədə “Al Jazeera” kanalı məlumat ya...