Fransanın əksər departamentlərində istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib
19
avq
2023
22:40
Fransanın əksər departamentlərində istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib.
"Report" xəbər verir ki, bu barədə "Meteo France" Milli Meteorologiya Xidməti məlumat yayıb.
Beləliklə, "narıncı" xəbərdarlıq səviyyəsinin elan edildiyi departamentlərin sayı 49-a yüksəlib.
Fransanın cənub rayonlarında havanın temperaturu avqustun 20-də 35-38 dərəcəyə çatacaq. Eyni zamanda, Rona vadisinin aşağı hissəsində 40 dərəcədən artıq isti gözlənilir.
Qeyd olunur ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək.
Oxşar xəbərlər
Ümumdünya Meteorologiya Təşkilatı kəskin istilərlə bağlı bu ölkələrə xəbərdarlıq etdi
Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada kəskin istilərlə ilə bağlı xəbərdarlıq edilib. BAKU.WS xarici mətbuata istinadən xəbə...