Fransada yeni prezident seçildi
Fransa Daxili İşlər Nazirliyi prezident seçkilərində istifadə edilən səslərin hamısının sayıldığıı açıqlanıb.
BAKU.WS-in məlumatına görə, Yürüyüş Hərəkatı Lideri Emmanuel Makron sağçı Marine Le Peni arxada qoyaraq prezidentlik yarışında qələbə qazanıb.
Makron səslərin 66,06%-ni toplayıb. Le Pen seçkidə 33,94% səs toplayaraq geridə qalıb. Seçki nəticələrinə görə seçicilərin 25,38 %-nin sandığa gitməməsi bu seçkidə 1969-cu ildən bu yana Fransadakı prezident seçkilərindəki ən aşağı nəticə olub.
Seçkidə seçicilərin 6,34%-i boş səs atıb. Səslərin 2,24%-i isə etibarsız elan edilib.
Səsvermə nəticələrinə görə, Makrona 20 milyon 703 min 694 nəfər seçici səs verib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Trampın prezidentliyinə ciddi təhlükə - Üç kritik ştatda səslər yenidən sayılır
ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy səngiməmiş proseslər gözlənilməz istiqamətdə dəyişir. BAKU.WS virtualaz...