Fransada məktəbə hücum: Müəllim öldürüldü, yaralananlar var - VİDEO

Fransada məktəbə hücum: Müəllim öldürüldü, yaralananlar var - VİDEO
Video
Siyasət 0

Fransada bıçaqla silahlanmış şəxsin məktəbə hücumu nəticəsində bir müəllim ölüb, bir neçə nəfər isə yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Hadisə ölkənin şimalındakı Arras şəhərindəki Qambetta liseyində baş verib.

Yerli polis hücumu təşkil edən şəxsin artıq həbs olunduğunu açıqlayıb.

Fransanın Daxili işlər naziri Gerald Darmanin bildirib ki, 20 yaşlı çeçen əsilli şəxs radikalizmdə şübhəli bilinərək ölkənn terrorçu siyahısına salınıb. O, qardaşı ilə birlikdə həbs edilib.

Son xəbərlər