Fox: Tramp seçicilərin dəstəyinə görə Harrisi 1% üstələyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin sabiq prezidenti Donald Tramp prezidentlik yarışında ölkənin vitse-prezidenti Kamala Harrisi seçicilərin dəstəyinə görə 1% üstələyir.
Bunu "Fox News" kanalının keçirdiyi sorğunun nəticələri göstərib.
Məlumata görə, seçicilərin 50%-i Trampa, 49%-i isə Harrisə səs verməyə hazırdır. Bununla yanaşı, respondentlərin əksəriyyəti hər iki namizədə qarşı mənfi münasibət göstərir. Tramp haqqında mənfi fikir bildirənlərin sayı 53%, Harris haqqında isə 51% təşkil edir. Əksər seçicilər iqtisadiyyatı (38%), miqrasiyanı (14%) və abortları (14%) namizədlər üçün əsas problemlər kimi görür.
Oxşar xəbərlər
Harris əksər ştatlarda Trampı üstələyir
ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Pa...