Flippinli qadın Teylor Sviftə görə "Schengen" vizası aldı

İtaliyaya istirahətə getmək üçün viza almaq istəyən flippinli qadının "Schengen" bölgəsindən ayrılmayacağı ehtimal edilərək bu istəyi rədd edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra etdiyi müraciətdə müğənni Teylor Sviftin konserti üçün geri qayıdacağını deyən qadının viza problemi həll edilib.
O bu barədə sosial şəbəkədə məlumat verib.
Bildirib ki, yenidən viza tələbi ilə müraciət edəndə Sinqapurda keçiriləcək Teylor Svift konsertinə bilet aldığını və bu səbəblə də İtlaiyada qalmayacağını deyib. Bundan sonra onun viza tələbi qəbul edilib. 3 iş günü ərzində onun vizası hazırlanıb.
Oxşar xəbərlər
Elvis Preslini geridə qoyan Teylor Maykl Ceksonu da "taxt"ından etdi - FOTO
"Grammy" mükafatlı müğənni Teylor Svift daha bir rekorda imza atıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin konsert turundan bəhs edən "Taylo...
