Elvis Preslinin rekordunu qırıb, onu geridə qoydu - FOTO

Məşhur müğənni Teylor Svift yeni uğura imza atıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki sənətçi, prodüser Skuuter Braunla aralarında yaşanan anlaşılmazlıqdan sonra keçmiş albomu "1989 - Taylor's Version"ı yeni adla yazdırdı.

Albom "1989" adı ilə oktyabrın 27-də satışa təqdim edildi. 34 yaşlı Teylor bu albomdakı ifalar ilə “Billboard 200” musiqi siyahısında ilk yerdə qərarlaşdı.
Bununla da əfsanəvi müğənni Elvis Preslininin rekordunu qırıb onu geridə qoydu. Svift “Mahnısı ilə birinci sırada uzun müddət qalan müğənni” statusunu qazandı.

Teylor bu adı 68 həftə qoruya bildi.
Qeyd edək ki, amerikalı Svift karyerası boyunca 10-a yaxın mükafat alıb.
Oxşar xəbərlər
Elvis Preslinin ölən qızının evi 4,6 milyon dollara satılır - FOTO
Əfsanəvi müğənni Elvis Presli ilə həyat yoldaşı Prisilla Preslinin yeganə qızı Liza Mari Preslinin evi satışa çıxarılıb. BAKU.WS xəbər verir ki, onun geniş mal...
