1,1 milyard dollar sərvəti ilə adını milyarderlər siyahısına saldı - FOTO

1,1 milyard dollar sərvəti ilə adını milyarderlər siyahısına saldı - FOTO
Foto
Siyasət 21

"Grammy" mükafatlı müğənni Teylor Svift adını milyarderlər siyahısına daxil edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı sənətçi Bloomberg Milyarderlər İndeksinə (BBI) görə sərvətini 1,1 milyard dollara yüksəldib.

Sviftin martın 17-də başlayan "Eras" adlı dünya turu sayəsində bu qədər pula sahib olduğu qeyd edilib.

Musiqi dünyasında milyarder statusuna yüksələn sənətçilər arasında Rihanna Cey Z və Beyons da var.

Qeyd edək ki, Sviftin "Grammy" mükafatına layiq görülən "1989" albomuna "Blank Space ", "Style", "Out of the Woods", "Bad Blood" və "Shake it Off" kimi hitləri daxildir.

Son xəbərlər