Film çəkilişində rejissoru öldürən məşhur aktyor həbs olunacaq - FOTO

Film çəkilişində rejissoru öldürən məşhur aktyor həbs olunacaq - FOTO
Siyasət 431

Ötən il “Pas” (Rust) filminin çəkilişi zamanı açdığı atəş nəticəsində rejissor Qalina Xatçinsinin ölümünə səbəb olan aktyor Alek Bolduindən xəbər var.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda aktyor rəsmi şəkildə "adam öldürməyə cəhd" maddəsi ilə ittiham olunur. Onun 18 ay müddətinə həbsi və 5 min dollar pul ödəməsi tələb edilib.

Məlumat üçün bildirək ki, bədbəxt hadisə ötən il oktyabrın 22-də baş vermişdi. Bu barədə müsahibələrindən biirndə danışan Alek, bunun trilyonda bir rast gəlinən bədbəxt hadisə olduğunu qeyd etmişdi. Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini də bildirmişdi.

Son xəbərlər