Fazil Məmmədovun başı vergi yoxlamaları ilə dərddə
Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədovun özü yoxlamalara məruz qalıb.
Modern.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır.
Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir.
Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.
Qeyd edək ki, F.Məmmədov Türkiyəyə aparılmazdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb. F.Məmmədov hazırda Türkiyədəki "American Hastanesi"ndə müalicəsinə davam edir.
BAKU.WSOxşar xəbərlər
Fazil Məmmədov reanimasiyaya yerləşdirildi
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib.BAKU.WS xəbər verir ki, Türkiyədəki mənbənin modern.az-a verdiyi məlumata görə, sabiq nazir bu...