Faşistlər SSRİ-də bu qidaları heç vaxt yeməyiblər - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
1941-ci ildə "Barbarossa" planını müvəffəqiyyətlə həyata keçirmək üçün fürer alman hərbçilərini mülki şəxslərə qarşı hərəkətlərə görə məsuliyyətdən azad etmişdi. Buna görə də əsgərlər cəzalandırılmaq qorxusu olmadan istədikləri hər şeyi, o cümlədən yerli əhalinin hesabına müxtəlif ərzaqları yeyə bilirdi.
BAKU.WS xəbər verir ki, həmin illərdə alman əsgərlər mülki əhalidən zorla bir çox qidaları müsadirə ediblər. Ancaq alman əsgərlər müsadirə etdikləri içində bəzi qidalar olub ki, onlara toxunmayıblar və istifadə etməyiblər.
Almanlar heç vaxt göbələkləri (təzə, qurudulmuş, duzlanmış) heç bir şəkildə götürməyiblər. Buna səbəb o, olub ki, almanlar göbələkləri necə yığmalı olduqlarını bilməyiblər və bişirmə üsulundan xəbərdar olmayıblar. Onlar sadəcə bəzi göbələklərin zəhərli olduğunu biliblər. Almanlar göbələklərin köməyi ilə rus partizanların onları öldürməyə cəhd edəcəyindən qorxublar.
Hərbçilər bundan əlavə kvass götürməkdən də imtina ediblər. Çürümə nəticəsində ortaya çıxan maye onlara iyrənc və qəbuledilməz bir şey kimi görünürdü.
Xüsusilə alman əsgərləri qurudulmuş balıqdan da çəkinirdilər. Onlar həmin balığı çiy və bişməmiş hesab etdikləri üçün qəbul etmirdilər.
Oxşar xəbərlər
Dünyanı sarsıdan ermənilərin Moskvada törətdiyi terror aktları - FOTO/VİDEO
8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının ar...