“Facebook” xəbər lentinin imkanlarını genişləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Facebook” sosial şəbəkəsi xəbər lentinin imkanlarını genişləndirib. İndi dostların, qrupların və digər səhifələrin postlarına ayrıca baxmaq mümkün olub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zukerberq məlumat verib.
Onun sözlərinə görə, yeni funksiya istifadəçilərə sosial şəbəkədə gördükləri məzmunu daha asan idarə etməyə kömək edəcək.
Yeni pəncərədə siz seçilmiş dostlardan, səhifələrdən və qruplardan ən son postlara baxa biləcəksiniz.
Həmçinin, istifadəçilər eyni anda hər üç kateqoriyadan olan paylaşımları izləyə biləcəklər.
Reklamlar isə yeni pəncərədə görünəcək.
Oxşar xəbərlər
“WhatsApp”a yeni funksiya gəlir - FOTO
“WhatsApp” messencerinin masaüstü versiyasında fonda səsli mesajları dinləmək mümkün olacaq. Bu rejim daha əvvəl “iOS”un “beta” versiyasına əlavə edilib, yaxın...