Fabrikdə girov götürülənlər ad günü keçirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrikinə hücum edilərək 7 işçi girov götürülüb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı qəribə anlar yaşanıb.
Belə ki, həmin gün işçilərdən birinin yeni yaşı tamam olub. Onlar ad günü üçün əvvəldən hazırlıq görüblər.
Digər işçilər onları girov götürən şəxsdən xahiş ediblər ki, iş yoldaşlarının ad gününü qeyd etsinlər. Həmin anlar sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Məlumat üçün bildirək ki, fabrikə daxil olan polislər 7 işçini girov götürən İbrahim Y.-ni saxlayıblar.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
İsrailin Qəzzanı işğal etməsinə və Fələstin xalqının qətliamına reaksiya vermək istəyən bir şəxsin fabrikə basqın etdiyi iddia edilir.
Oxşar xəbərlər
Türkiyədə fabrikə basqın: Silahlı şəxs insanları girov götürdü - FOTO
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda "P&G" fabrikinin əsas binasına silahlı basqın edilib. BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Mə...