"Euronews"un rəhbəri: Azərbaycanla bağlı mövqeyimizə görə təzyiqlərə məruz qalmışıq
"Euronews"un redaksiyası Azərbaycanla birgə layihələrin həyata keçirilməsi səbəbindən Avropa daxilində dəfələrlə təzyiqlərə məruz qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Euronews"un İdarə Heyətinin sədri Pedro Vargas David jurnalistlərə Bakıda telekanalın ofisinin açılış mərasimində jurnalistlərə bildirib.
"Çətinliklər, ilk növbədə, Azərbaycanın hüdudlarından kənarda yaranırdı. Avropada bir çoxları bu ölkəyə dair bizim balanslaşdırılmış mövqeyimizi qəbul etmirdi", – deyə o qeyd edib.
Vargas David vurğulayıb ki, buna baxmayaraq, "Euronews" öz prioritetlərinə sadiq qalıb və Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini dərk edib. O, xatırladıb ki, Avropa İttifaqı ölkənin ən böyük tərəfdaşı və investoru, həmçinin Azərbaycan məhsullarının əsas ixracatçısıdır.
"Azərbaycanla informasiya əməkdaşlığının gücləndirilməsi şirkətin əsas vəzifəsi olaraq qalır, çünki ölkədə baş verən hadisələrin Avropa auditoriyası üçün əhəmiyyəti böyükdür", – telekanal rəhbəri əlavə edib.
Oxşar xəbərlər
Dünya mediası Azərbaycanın qələbəsi və hərbi gücündən nələr yazdı?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında Azərbaycanın Zəfər Günün...