"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək
"Euronews" Bakı ofisinin fəaliyyətində azərbaycanlı jurnalistlərin iştirakını genişləndirməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Euronews"un İdarə Heyətinin sədri Pedro Vargas David Bakıda ofisin açılış mərasimində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı ofisinin redaksiyası 15 əməkdaşdan ibarət olacaq və ştatın yarısı artıq formalaşdırılıb.
"Biz xaricdən jurnalistləri cəlb etməyə davam edəcəyik, lakin uzunmüddətli hədəfimiz yerli kadrların iştirakını tədricən genişləndirməkdir. Biz daha çox azərbaycanlı jurnalisti həm bu ofisdə, həm də ümumilikdə "Euronews"un strukturunda görmək istəyirik", – deyə o vurğulayıb.
Vargas David əlavə edib ki, şirkət artıq regionun digər ölkələrində – Özbəkistan, Qazaxıstan və Qətərdə oxşar modeli həyata keçirir və yerli jurnalistlər media holdinqin beynəlxalq şəbəkəsinə fəal şəkildə inteqrasiya olunurlar.
Oxşar xəbərlər
IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY
Şuşa şəhərində dördüncü dəfədir keçirilən Qlobal Media Forumu kommunikasiya və informasiya texnologiyaların, süni intellektin sürətli inkişafı, qlobal geosiyasi...