İƏT rəsmisi: "Ağdamda gördüklərimiz cəhənnəmi xatırladır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizim Ağdam və Tərtərdə gördüklərimiz sadəcə bir dəhşətdir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül deyib.
Onun sözlərinə görə, Ağdam və Tərtərə səfər etməkdə əsas məqsəd Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır: "Azərbaycana səfərimiz çərçivəsində Bakıda hökumət nümayəndələri ilə görüşlər keçirdik. Bu gün isə azad edilən ərazilərə səfər etmişik. Burada gördüklərimiz cəhənnəmi xatırladır. Günün ikinci yarısında Tərtərə səfərə gəldik. Amma hələ də Ağdamda gördüklərimizin təsirindən çıxa bilmirik. Tərtər işğaldan azad edilən yerləri xatırladır. Burada da gördüyümüz mənzərə heç də Ağdamdan fərqli deyil. Bizə verilən məlumata görə, ermənilər müharibə vaxtı dinc sakinlərin sıx yaşadığı yerləri bombalayır, top, raketlər atırdılar. Biz bütün faktları araşdırıb hazırlanan sənədlərə əlavə edəcəyik".
Oxşar xəbərlər
Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq...