Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Şuşadan Ermənistana aparılıb
05
fev
2019
19:59
Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Şuşa şəhərindən Ermənistana aparılıb.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından BAKU.WS-ə bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistana aparılıb.Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda saxlanılan erməni hərbi əsir Paşinyana müraciət etdi - FOTO
Ermənistan hərbçisi Arsen Baqdasaryan ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib.Bu barədə BAKU.WS-ə Əsir və itkin düşmüş, girov götü...