Rəsmi Bakı Azərbaycan əsgərinin meyitinin qaytarılmasını tələb etdi
25
noy
2017
13:58
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.Bu barədə BAKU.WS-ə Dövlət Komissiyasından məlumat verilib.Komissiyadan bildirilib ki, 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
BQXK Azərbaycan hərbçisinin meyitinin qaytarılmasına yardım edəcək
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin meyitinin qaytarılmasına yardım etməyə hazır olduğunu bəyan edib.BAKU.WS-in məlumatına görə, BQXK-nı...