Ermənilər yenə dinc durmadılar

Ermənilər yenə dinc durmadılar
Siyasət 1182

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədən son xəbər

Cəbhədən son xəbər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən m...

11 Siyasət 09:05 16 may 2016

Son xəbərlər