Ermənilər Mübariz İbrahimovu da özününkiləşdirmək istədilər (FOTO)
08
apr
2016
21:09
Saxtakarlığı adətə çevirmiş ermənilər yeni misli görünməmiş yalana əl atıblar. BAKU.WS-in məlumatına görə, Qarabağda hərbi əməliyyatlar başlayandan sonra sosial şəbəkələrdə min-cür uydurma yazan ermənilər bu dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimovu özününkiləşdirmək istəyiblər. Ermənilərin aktiv səhifələrindən biri Mübariz İbrahimovun şəklini paylaşaraq belə bir şərh yazıb: "Fotoda gördüyünüz şəxs Spartak Zardaryandır. O, azərbaycanlıların posta hücumu zamanı sonadək döyüşüb. Silahını yenidən dolduranda düşmən onu vuraraq yerə yıxıb. Sonra isə güllələyib. Biz qisas alacağıq və unutmayacağıq". Ancaq ermənilərin bu hərəkətinə təəccüblənmək doğru olmaz. Biz onsuz da bədnam qonşumuzun dövlət bayrağı, tarixi, əraziləri və mədəniyyətinin saxta, qondarma olduğunu bilirik. Qəhrəman sarıdan da xeyli əziyyət çəkən ermənilərdən bundan artıq gözləmək olmaz. BAKU.WS
Oxşar xəbərlər
Qarabağda kəndləri boşaldan ermənilər milyarderin otelinə yerləşdi (FOTO)
Azərbaycan ordusunun təmas xəttindəki hərbi əməliyyatlardan sonra kəndləri tərk edən ermənilərin harada məskunlaşdığı məlum olub. BAKU.WS-in məlumatına görə,...