Erməni ilə birgə şou göstərən azərbaycanlı: Neynəməliydim? Araikin başını kəsməliydim?
Azərbaycanlı yumorist Şövqü Əhədov və erməni Araik Manqasaryanın Ukraynanın "Inter" telekanalında birgə efirə çıxması sosial şəbəkələrdə, Azərbaycanın və Ermənistanın forumlarında qızğın müzakirəyə səbəb olub.
BAKU.WS-in məlumatına görə, münsiflər heyətini öz zarafatlarıyla güldürməyi bacaran bu gənclər 20 min qrivin qazanmağı bacarıb. Ancaq elə bir azərbaycanlı tapmaq mümkün deyil ki, 27 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı ilə bağlı vəziyyətlə razılaşsın.
Haqqin.az Moskvada yaşayan Şövqü Əhədovu axtarmaq qərarı verib. Ondan niyə erməni gənclə birlikdə duet etdiyini soruşub.
"Mən Rusiya universitetinin KVN komandasında oynayıram. Əvvəlcə məni şouya məni dəvət etdilər. Mən həmin zaman Afrikadan olan dostumu çağırdım. Amma o gedə bilmədi və onda mən, özümlə Araiki apardım. O da bizim KVN komandasındandır. Biz ilk dəfə məhz Kiyevdə birlikdə çıxış etdik.
İlk növbədə Araiki yaxşı insan hesab edirəm. Əgər azərbaycanlılar düşünürlər ki, mən ermənilərin 90-cı illərin əvvəllərində azərbaycanlılarla etdilərini unutmuşam, onlar səhv edirlər. Amma demək istəyirəm ki, bunu ermənilər etmədilər, bunu pis adamlar etdilər! Mən belə erməni siyasətinə qarşıyam.
Azərbaycan Mübariz İbrahimov kimi qəhramanı ilə fəxr edir. O bərabər olmayan döyüşdə həlak oldu. Mübariz İbrahimov Milli qəhrəman rütbəsini aldı. O xüsusi xidmət orqanlarının əmri ilə uşaqları, qocaları və qadınları partlatmağa getmirdi. O, onlarla işğalçı öldürdü və özü qəhrəmancasına həlak oldu. Ancaq insanların bir-birini öldürməyə dəyərmi? Bu bizə nə verir? Xoşbəxtlik? Çətin ki. Bəlkə, ata və analara təbəssüm verir? Əlbəttə, xeyr!
Əgər mən şouda tək çıxış etsəydim, onda heç kəs bu haqda danışmazdı. Deyəcəkdilər ki, qoçaq oğlandı, bizim həmyerlimizdi, bizim qürurumuzdur. Çünki, təəssüf ki, Azərbaycan xalqının zehnində belə bir hiss formalaşır ki, kimisə hədəf göstərilsin. Araikanın səhnədə boğazı kəsib xalqın gözündə milli qəhrəman olmalıydım və bütün dünya qarşısında ölkəmi biabır etməliydim?"
Oxşar xəbərlər
Bakı Moskva qarşısında şərt qoydu: Əgər Qarabağ qaytarılsa...
Azərbaycan hökuməti Avrasiya İttifaqına üzvlük məsələsini nəzərdən keçirir. Ancaq bu bu Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasından sonra mümkün o...