Erməni əsgər anaları Nazirliyin binasına hücum çəkdilər (VİDEO)

Erməni əsgər anaları Nazirliyin binasına hücum çəkdilər (VİDEO)
Video
Siyasət 3065
 

İrəvanda cəbhədə öldürülmüş erməni əsgərlərin anaları Müdafiə Nazirliyinin binasına hücum çəkiblər. 

BAKU.WS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, əsgər anaları yeni müdafiə naziri Viqen Sarkisyan ilə görüşmək məqsədilə Nazirlik binasının arxa girişində toplaşaraq müdafiə şöbəsinin müdirinin kortejini dayandırmağı cəhd göstəriblər. Bu zaman cəbhədə həlak olmuş Valeri adlı əsgərin anası Nana Muradyanın səhhəti pisləşib və bu səbəbdən də təcili tibbi yardım çağırılıb.

Nana Muradyan jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri onu vurub, üzünə tüpürərək onu bomj adlandırıb. Daha sonra yaxınlıqda olan polis avtomobilinə tərəf sürüyərək onu polis bölməsinə aparmaqla hədələyiblər. Qadını yalnız baş polis məmuru gəldikdən sonra buraxıblar. Muradyanın sözlərinə görə, insidentdən sonra qadından ərazini tərk etməsini tələb ediblər. 

Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyi binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə, rəhbərlikdən hesab tələb edirlər. Aprel əməliyyatları və son günlər ordumuzun cəbhədə ermənilərə sarsıdıcı zərbələr vurmasında sonra bu hal daha da artıb. 

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

Sarkisyanın bağına hücum edildi - VİDEO

Sarkisyanın bağına hücum edildi - VİDEO

İrəvanda etirazçılar Ermənistan prezidenti Serj Sarkisyanın bağı kimi məşhur olan əraziyə hücum etmək istəyiblər. ANS PRESS-in məlumatına görə, polis etirazçıla...

2190 Siyasət 12:39 14 may 2016

Son xəbərlər