Erməni bəstəkar: "Biz bu dəfə Qarabağı birdəfəlik itirəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər biz bu dəfə də umümxalq hərəkatına başlaya bilməsək onda Qarabağı birdəfəlik itirəcəyik."
BAKU.WS-in məlumatına görə, bu sözləri məşhur erməni bəstəkar Ruben Axverdyan İrəvanda təşkil edilən mitinqdə bildirib. O, deyib ki, ermənilərin hazırda türklər və ruslarla problemi var.
"Niyə rus telekanalları Roma Papasının Ermənistana səfərini işıqlandırmadı? İndi onlar ilk fürsətdə bizə terrorçu deyirlər. İndiki hakimiyyət xalqa deyil, rus xüsusi xidmət orqanlarına xidmət edir. Onlar uzun müddətdir xalqın qanını sorurlar. Artıq bunu etiraf etməyin vaxtı gəlib çatıb", - deyə erməni bəstəkar bildirib.
Oxşar xəbərlər
Samiraldodan qalmaqallı video, Tofiq Quliyevin mahnısına hörmətsizlik (VİDEO)
Tanınmış prodüsser Samir Əliyev (Samiraldo) məşhur bəstəkar mahnısına hörmətsizlik edib. BAKU.WS məlumat verir ki, prodüsser maşınla yol gedərkən çəkdiyi vine...