Sarkisyanın qorxulu yuxusu gerçək oldu: Moskvadan cavab gəldi

Sarkisyanın qorxulu yuxusu gerçək oldu: Moskvadan cavab gəldi
Siyasət 3951

"Dördgünlük müharibə”də Ordumuz tərəfindən sarsıdıcı zərbələr alan Ermənistanın düşərgəsində  təşviş isterika həddinə çatıb. 

BAKU.WS-in məlumatına görə, Azərbaycan Ordusunun gücünə bir daha şahid olan ermənilər Rusiyadan silah alınması prosesini bir qədər də tezləşdirmək istəyirlər. Lakin Ermənistanın "Məlumatlandırılmış Vətəndaşlar Cəmiyyəti”nin araşdırması erməni cəmiyyətindəki ruh düşkünlüyünü bir qədər də artırıb. Cəmiyyət Rusiyanın 200 milyon dollar məbləğində Ermənistana verəcəyi silahın mənzilbaşına çatıb-çatmadığı ilə maraqlanıb. Məlum olub ki, aprelin 29-dək Rusiya Ermənistana nə silah, nə də hərbi təyinatlı heç bir yük verməyib. Bu xəbər Ermənistanda Rusiya əleyhdarlarının səbr kasasını bir qədər də daşırıb. Onlar Moskvanın Azərbaycana silahın niyə tez, Ermənistana isə gec çatdırdığını başa düşmədiklərini bildirirlər. 

Ermənistanda isə siyası vəziyyət getdikcə daha çox tarıma çəkilir. Getdikcə daha çox erməni Qarabağı işğalda saxlamağın mümkünsüz olduğunu anlamağa başlayır. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər