Erməni ekspert: "Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki..."

Erməni ekspert: Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki...
Siyasət 1522

 

"Düşünürəm ki, yayda Azərbaycan müharibəyə başlayacaq, amma bu hərbi əməliyyat genişmiqyaslı olmayacaq".

BAKU.WS-in məlumatına görə, bunu hərbi ekspert Ara Papyan jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, 17 – 18 iyunda Azərbaycanda "Formula-1" yarışı keçirəcək və 7 – 8 iyulda Vaşinqtonda NATO-un sammiti gözlənilir:

"Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsini sammitin gündəliyinə sala bilmək üçün müharibəyə başlayacaq. Biz "Formula-1"in keçirməsində Azərbaycana mane olmayacağıq, amma onlar Ermənistana Roma Papasının səfərinə mane olacaqlar", - deyə Papyan söyləyib.

Onun sözlərinə görə, Azərbaycan erməni tərəfinə sarsıdıcı zərbələr vurmaq üçün 3-4 günlük müharibə edəcək: "Rusiya üçün müharibə, Qarabağı Azərbaycana vermək və beləliklə bu ölkəni Avrasiya İqtisadi İttifaqına daxil etmək üçün əla fürsətdir. Rusiyanın digər bir hədəfi Ermənistanı özünə daha çox bağlı saxlamaqdır", - deyə Ara Papyan qeyd edib. 

 

BAKU.WS

Oxşar xəbərlər

Rus hərbi ekspert: "Bakı 1-ci raundda qalib gəldi, Ermənistan isə..."

Rus hərbi ekspert: "Bakı 1-ci raundda qalib gəldi, Ermənistan isə..."

"Bakı birinci raundda qalib gəldi. Ermənistan isə Azərbaycanın hərbi üstünlüyünü artıq dərk edir". BAKU.WS-in məlumatına görə, bunu hərbi ekspert Pavel Felqenq...

5697 Siyasət 10:15 06 may 2016

Son xəbərlər