Ermənistanın sabiq müdafiə naziri zaminə buraxılmayıb

Ermənistanın sabiq müdafiə naziri zaminə buraxılmayıb
Siyasət 36

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın zaminə buraxılması ilə bağlı vəsatətə baxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, onun vəkili Sergey Ovannisyan bildirib ki, Antikorrupsiya məhkəməsi vəsatəti təmin etməyərək, müvəkkilinin həbsdə qalmasına qərar verib.

Qeyd edək ki, müdafiə tərəfi həbs qəti imkan tədbirinin dəyişdirilməsi müqabilində sabiq nazirin evini girov qoyulmasını təklif edib.

David Tonoyan bir neçə yüksək rütbəli zabitlə birlikdə 4,6 milyon dollar dəyərində yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur.

Son xəbərlər