Ermənistanda yeni xarici işlər naziri tapılmır – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. Belə ki, o ölkənin xarici işlər naziri postuna namizəd tapa bilmir.
Ermənistanın bəzi KİV-lərində bu vəzifəyə namizəd olaraq ölkənin keçmiş parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri Ruber Rubinyanın, spiker Ararat Mirzəyanın, baş nazirin köməkçisi vəzifəsini icra edən Mqre Qriqoryanın hətta keçmiş müdafiə naziri David Tonoyanın adları çəkilir.
Qeyd olunur ki, David Tonoyanın bu vəzifəyə gətirilməsi Rusiya və Birləşmiş Ştatlar tərəfindən alqışlanacaq. Lakin, Xarici İşlər Nazirliyinə bu ölkəyə müharibədə məğlubiyyət qazandıran Tonoyanın gəlişi erməni cəmiyyətinə xarici siyasətdə də gözlənilən məğlubiyyət haqda siqnal verə bilər.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Paşinyan BBC-də biabır oldu - VİDEO
Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olub. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, veriliş...
