Ermənistanı qarışdıran müzakirə: "Euronews"da Azərbaycanla bağlı məqalə

Ermənistanı qarışdıran müzakirə: Euronewsda Azərbaycanla bağlı məqalə
Video
Siyasət 51

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, "Euronews" telekanalı Azərbaycanda keçirilmiş III Milli Şəhərsalma Forumuna həsr olunmuş reportaj hazırlayıb. Reportajda Azərbaycanın 2026-cı ilin yazında ölkədə keçiriləcək Ümumdünya Forumu ərəfəsində urbanizasiya üzrə ekspertlərin bir araya gətirilməsi barədə danışılır.

Telekanal qeyd edir ki, Xankəndidə keçirilən Milli Şəhərsalma Forumu şəhərləri daha dayanıqlı, inklüziv və dəyişikliklərə davamlı etmək yollarının müzakirəsi üçün 64 ölkədən 400-dən çox iştirakçını bir araya gətirib.

İtaliyanın "Sportellate" portalı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun uğurlarından bəhs edən xəbər yayımlayıb. Xəbərdə Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük idman uğuruna imza atdığı bildirilir.

Qeyd olunur ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin ilk iki turunda əldə etdiyi nəticələrlə də xüsusilə diqqət mərkəzində olub. Vurğulanır ki, azərbaycanlı mütəxəssis Çempionlar Liqasında debütant deyil, Azərbaycan millisinin sabiq futbolçusu 17 mövsüm əvvəl "Qarabağ"ın baş məşqçisi olub. O da bildirilir ki, 2017-ci ildə "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk Azərbaycan klubu olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər