Ermənistanda ümumi səfərbərlik ləğv edilib
10
dek
2020
18:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.
Qərar 25 dekabradək mərhələli şəkildə silahlı qüvvələrdə və digər müvafiq dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların qismən tərxis edilməsini və hərbi nəqliyyat öhdəliyinə əsasən qurumlardan götürülən nəqliyyat vasitələrinin geri qaytarılmasını nəzərdə tutur.
Xatırladaq ki, Ermənistanda sentyabrın 27-də ümumi səfərbərlik elan olunub.
Oxşar xəbərlər
Ermənistanda hərbi vəziyyət azı bir həftə də davam edəcək
Ermənistanda hərbi vəziyyət azı bir həftə də davam edəcək. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” Parlament fraksiyasını...