Ermənistanda föqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda hökumət koronavirusa qarşı mübarizə çərçivəsində elan edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddətini yenidən uzatmaq istəyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı “Qraparak” yayıb.
“İyulun 14-də fövqəladə vəziyyət rejiminin üçüncü müddəti başa çatır. Ancaq bəzi məlumatlara əsasən, Ermənistan azı dekabradək fövqəladə vəziyyət rejimində yaşayacaq”, - qəzet yazıb.
Qəzetin bildirdiyinə görə, hökumət fövqəladə vəziyyət rejimini müxalifətin müxtəlif aksiyalarının qarşısını almaq üçün uzatmaq niyyətindədir.
Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir.
Oxşar xəbərlər
Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb
Rusiyanın paytaxtında koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək...