Ermənistanda matəm elan ediləcək
16
avq
2022
12:09
Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Xatırladaq ki, avqustun 15-də “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Oxşar xəbərlər
İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb - YENİLƏNİB -1 - VİDEO
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Ermənistan Fövqəladə Hallar Nazir...