İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb - YENİLƏNİB -1 - VİDEO

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb - YENİLƏNİB -1 - VİDEO
Foto Video
Siyasət 307

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

***15-08-2022 09.04

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

***08:10

Ermənistanın paytaxtı İrəvanda yerləşən “Surmalu” topdansatış ticarət mərkəzində partlayış baş verib.

BAKU.WS xəbər verir ki, partlayış zamanı 5 nəfər ölüb, 61 nəfər yaralanıb.

Ermənistanın Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir.

Son xəbərlər