Ermənistanda hərbi hissədə yanğın: Ölən var
06
fev
2024
22:52
Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib.
BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, insident zamanı ehtiyatda olan hərbçi ölüb.
Bildirilir ki, hadisə döyüş mövqeyindən bir qədər aralıda olub. Yanğının qeyri-müəyyən şəraitdə baş verdiyi vurğulanır. Hadisənin qurbanı 1985-ci il təvəllüdlü Artur Qriqoryan olub.
Yanğın zamanı başqa zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ermənistanda hərbi hissədə yanğın zamanı 15 hərbçi ölüb, 7-si yaralanıb - YENİLƏNİB
Ermənistandakə hərbi hissədə baş verən yanğın nəticəsində 15 çağırışçı həlak olub, daha 6 çağırışçı və bir zabit xəsarət alaraq xəstəxanaya yerləşdirilib. BAKU....