Erməni ictimai fəal məhkəmə zalındaca öldü - ANBAAN VİDEO
Ermənistanın ictimai fəalı, kinoprodüser Armen Qriqoryan məhkəmə zalındaca ölüb.
BAKU.WS "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, təcili yardım briqadası onun öldüyünü bildirib.
Hadisənin videosunu jurnalist Suzi Badoyan yayıb.
Qriqoryan iki aya yaxın həbsdə qalıb. O, "vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltmaqda" ittiham edilib.
Qriqoryan İrəvan Tibb İnstitutunun Ermənistanda ilk KVN komandasının üzvü kimi tanınır.
Həmçinin o, 1992 və 1994-cü illərdə təmsil olunduğu komandası ilə ikiqat çempion olub.
Qriqoryan Ermənistanda ən çox ruspərəst ictimai xadimlərdən biri hesab olunurdu.
Bu il iyulun 13-də onun 57 yaşı tamam olmuşdu.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...