Ermənistanda ağır qəza - 11 nəfər ölüb, 6 nəfər yaralanıb

Ermənistanda ağır qəza - 11 nəfər ölüb, 6 nəfər yaralanıb
Siyasət 0

Ermənistanda, İrəvan-Gümrü avtomobil yolunda ağır yol qəzası olub. Nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gecə Lancik kəndi yaxınlığında baş verib. “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər