“Volkswagen”in keçmiş rəhbəri dünyasını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın "Volkswagen AG" avtomobil konserninin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Karl Han Xeyriyyə Fondunun nümayəndəsinə istinadən bildirib.
K.Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda dünyasını dəyişib. Vida mərasimi yanvarın 24-nə təyin edilib.
Agentlik qeyd edib ki, "Volkswagen"in keçmiş rəhbərinin marketinq bacarıqları sayəsində "Käfer" (“Böcək”) avtomobili tarixdə ən çox satılan model oldu: 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox istehsal edilib.
O, 1982-ci ildə alman şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. K.Han 1993-cü ildə istefa verənə qədər "Volkswagen"i Avropada 1 nömrəli avtomobil istehsalçısına çevirə bildi.
Oxşar xəbərlər
III Karl qəzəbləndi: “Buna nifrət edirəm” - VİDEO
Böyük Britaniya Kralı III Karl mürəkkəbli qələmə görə əsəbini saxlaya bilməyib və söyüş söyüb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə monarx Şimali...