Ermənistan II Qarabağ müharibəsində əlil olan hərbçilərin sayını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
II Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.
Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.
Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.
"Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - Mesrop Arakelyan deyib.
Oxşar xəbərlər
Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? - RƏSMİ CAVAB
Qarabağın işğaldan azad olunması ilə əlaqədar sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatında iştirak etmiş və Müharibə veteranı statusunu almış hə...