Ermənistan Gəncəni niyə bombalayır? - Koreyalı professordan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər Dağlıq Qarabağda baş verənləri "Səlib yürüşü" kimi təqdim edir, bunun "dini zəmində" baş verdiyini bildirərək Qərbdən dəstək istəyir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın populyar "Sisa" jurnalında dərc olunuş məqaləsində bu ölkənin Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazır.
Məqalədə deyilir ki, ermənilər köklərinin Dağlıq Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar.
Müəllif yazır ki, hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyi üçün, Ermənistanda hərbi bazası olan Rusiyanın erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur.
Lakin KTMT-dan dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan Gəncəni bombalayır.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...