Ermənistan etiraf etdi: Əsgərimiz Azərbaycan tərəfə keçib

Ermənistan etiraf etdi: Əsgərimiz Azərbaycan tərəfə keçib
Siyasət 628
Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia” agentliyi yazıb. "Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə işğalçı ölkənin nazirliyinin məlumatında qeyd olunur.Xatırladaq ki, Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırılıb. 19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı da var.

Son xəbərlər