Ermənilərin yaydığı videodakı hərbçimiz düşmənin yalanını ifşa etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük müharibədə önəmli məsələlərdən biri də düşmənin informasiya təxribatları olub.
Qızğın döyüşlərin getdiyi günlərdə Ermənistan tərəfindən çoxlu sayda təxribatçı videolar paylaşılırdı. Həmin videolardan birində cəsur döyüşçülərimizin ermənilər tərəfindən şəhid edildiyi göstərilirdi. Əslində, reallıq tamam fərqlidir.
BAKU.WS xəbər verir ki, döyüşdə iştirak edən və videoda görüntülənən şəxslərdən biri, Vətən Müharibəsində qəhrəmanlıq göstərən kapitan Qasımov Anar Trend-ə hadisənin necə baş verdiyini danışıb:
“Döyüş başlayan ilk gündən tabor komandiri kimi əsgərlərimlə Füzuli rayonunda döyüşlərə atılmışam. Füzulidən Xocavəndə kimi döyüşmüşəm. Xocavənddə yaralanmışam. Xalqımızın narahat olduğu görüntülər mənfur düşmənimiz ermənilərin növbəti hiyləgər oyunu idi.
Əslində hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndində belə baş verib:
Mən döyüş yoldaşlarımla bir yerdə düşmən tankını və heyətini məhv etmişik. Daha sonra irəliləməyə davam etdik. Mənfur düşmən yayılmış videomuzu sosial şəbəkələrdən götürərək montaj edib, guya bizi öldürüblər.
Bu, tamam yalan üzərində montaj edilmiş video idi. Şükür Allaha ki, o videoda gördüyünüz şəxslər sağ və salamatdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...