Ermənilərin Mingəçevirə atdığı raketlər göydə vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.
BAKU.WS-in “report”a istinadla verdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artilleriya hücumuna məruz qalır: “Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfindən yenə də bu addımlar atılır. Bizim məlumatımıza görə, bu gün Gəncəyə raketlər atılması nəticəsində 3 nəfər xəsarət alıb. Mingəçevir Su Stansiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.
Oxşar xəbərlər
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq ölkəmizin Ermənistanla sərhədində...