Ermənilərdən daha bir torpaq iddiası
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda yayımlanan televiziya kanallarından biri Türkiyənin İğdır şəhərini özünküləşdirməyə cəhd göstərib.
BAKU.WS xəbər verir ki, "Western Armenian TV" İğdırda havanın çirklənməsi barədə məlumat verərkən şəhəri Qərbi Ermənistan ərazisi kimi təqdim edib.
Telekanalın həyasızcasına bu addımı Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Türkiyə Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal bildirib ki, İğdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil: "Türk düşməni olan ermənilər xəyallarını hər fürsətdə ortaya qoyurlar. Bu da onların gözlərinin illər boyu Türkiyə ərazisində olduğunu göstərir. Hətta yaşadıqları Yerevan da bir Türk vətəni, Qərbi Azərbaycanın bir hissəsidir".
Oxşar xəbərlər
ABŞ SEPAH-ı xarici terrorçu təşkilat kimi tanıyıb
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp...